"Ekspress avtobuslarla 3 minə yaxın sərnişin daşınıb" - AYNA

"Ekspress avtobuslarla 3 minə yaxın sərnişin daşınıb" -    AYNA
  23 Yanvar 2024    Oxunub:772
Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla 22.01.2024-cü il tarixində 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb. Avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib.
Bu barədə AzVision.az -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.

Ekspres avtobuslar Sumqayıt Avtovağzalı, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, Avtovağzal metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.

Avtobuslarda gediş haqqı 0.80 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçirilir. Bakıkart balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti