"Biz heç bir müttəfiqə qarşı birbaşa və ya hansısa formada təhlükə görmürük. Rusiyanın hərəkətlərini diqqətlə izləyir, sayıqlığımızı, alyansın şərq cinahındakı mövcudluğunu artırırıq. Bütün bunlarda əsas məqsəd hər hansı müttəfiqə qarşı hücumun qarşısını almaqdır", - o qeyd edib.
Almaniyanın müdafiə naziri: "Rusiyanın hücumuna hazır olmalıyıq" |
NATO-nun baş katibi, həmçinin qurumun 155 mm çaplı sursat istehsalına 1,2 milyard dollar həcmində irimiqyaslı investisiyalar yatırdığını açıqlayıb.
Qeyd edək ki, son günlər xarici KİV-də Rusiyanın NATO ölkələrindən birinə hücuma hazırlaşması barədə məlumatalar yayılır. Bu mövuzda ən çox Almaniyanın adı çəkilir. Hətta Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına diqqət çəkən açıqlamalar verərək deyib ki, ölkəsi Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır.
Bir neçə gün öncə "Bild" qəzeti bu mövzuda sensasiyalı məqalə dərc etmişdi. Nəşr yazıb ki, Bundesverdən redaksiyaya Almaniyanın Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd daxil olub. Sənədə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. İddia edilir ki, Rusiya Suvalski dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcək və NATO buna şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.
Tural Tağıyev
AzVision.az