Avropa İttifaqı Macarıstanı cəzalandıra bilər
“Aİ hökumətinin rəsmiləri belə bir ssenariyə hazırlığın artıq çox irəi getdiyini bildiriblər” , - hesabatda qeyd olunub.
Potensial ehtiyat variant qalan üzv dövlətlərin Aİ-nin büdcə prosesindən kənar Ukraynaya hərbi maliyyə dəstəyi ayıra bilməsindən ibarətdir.
Viktor Orban bu yolla getməyə qərar versə, Aİ Budapeştə qarşı növbəti cəza tədbirlərinə əl ata və Macarıstanı üzv dövlət kimi səsvermə hüququndan məhrum edə bilər.
Nəşr, beləliklə, həmçinin Slovakiyanın baş naziri Robert Fikonun xəbərdarlıqları fonunda Aİ hökuməti daxilində daha geniş toqquşmaların başlaya biləcəyini istisna etmir.
Xatırladaq ki, Slovakiyanın yeni baş naziri artıq keçən həftə Orban hökumətinin blokdakı hüquqlarını həyata keçirməsinə mane olmağa yönəlmiş istənilən potensial hərəkətlərə qarşı çıxacağını və Macarıstanı müdafiə edəcəyini həmkarlarının diqqətinə çatdırmışdı.
AzVision.az
Teqlər: Aİ Macarıstan