Pistorius xüsusi olaraq xatırladıb ki, Almaniya ordusuna məxsus xüsusi briqada məhz Rusiyanın mümkün hücumu ehtimalına görə Litvada yerləşdirilib.
Alman politoloq: "Xalq Rusiya ilə münaqişə ehtimalına inanmır" |
“Çəkindirmə siyasəti əvvəlcədən təcavüzkarın planlarına qarşı mövqe tutmaq üçün yeganə təsirli vasitədir”, - nazir Moskvaya siyasi mesaj ünvanlayıb.
Xatırladaq ki, bir neçə gün öncə "Bild" qəzeti bu mövzuda sensasiyalı məqalə dərc etmişdi. Nəşr yazıb ki, Bundesverdən redaksiyaya Almaniyanın Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd daxil olub. Sənədə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. İddia edilir ki, Rusiya Suvalski dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcək və NATO buna şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.
Lakin məşhur alman politoloq Aleksandr Rahr bu qalmaqallı xəbəri şərh edərkən belə bir dəhşətli müharibə planının real olmadığını dedi. Rahr saytı ittiham edib. Onun fikrincə, bu məqalə sadəcə xarici hərbçilərin Ukraynaya göndərilməsi zərurəti ilə bağlı ictimai rəy hazırlayır: “Bild" qəzeti təxribatları və ehtirasları qızışdırması ilə tanınır".
Tural Tağıyev
AzVision.az