Hücum nəticəsində 21 İsrail hərbçisi həlak olub
Bildirilir ki, hərbçilər bazar ertəsi Qəzzanın mərkəzində iki ikimərtəbəli binanı sökmək üçün partlayıcı qurğu hazırlayarkən HƏMAS yaraqlısı yaxınlıqdakı tankı reaktiv qumbaraatanla atəşə tutub. Atəş partlayıcıları da işə salıb və nəticədə hər iki bina içəridəki əsgərlərin üzərinə uçub.
İsrail prezidenti İsaak Hersoq verdiyi bəyanatda hadisəni "dözülməz dərəcədə çətin səhər" adlandırıb.
“Bütün xalq adından ailələrə başsağlığı verir və yaralılara şəfa diləyirəm. Bu kədərli və çətin səhərdə də yenə güclüyük və unutmayaq ki, birlikdə qalib gələcəyik" , - o deyib.
Firudin Həmidli
AzVision.az