Gülənin məktəbində seks qalmaqalı

Gülənin məktəbində seks qalmaqalı
  23 İyun 2014    Oxunub:1691
Türkiyənin Malatya şəhərində Fətullah Gülən camaatına aid olduğu iddia edilən Anafen təhsil müəssisəsində 12 yaşlı şagird müəllimi tərəfindən zorakılığa məruz qalıb.
AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb. 6-cı sinif şagirdi S.T imtahan vermək üçün məktəbə gedib və müəllimi tərəfindən təcavüzə məruz qalıb.
Səhərisi gün təhsil müəssisənin rəhbərliyinə şikayətə gedən şagirdin atası isə təzyiqlə üzləşib. Valideyndən məsələni ört-basdır etmək üçün edilən hədə-qorxu isə heç bir işə yaramayıb. S.T-in atası polisə müraciət edib və hadisəni törədən müəllim polis şöbəsinə aparılıb. Lakin çagirdin ifadəsi alındıqdan sonra müəllim sərbəst buraxılıb.

Qızını məktəbdən çıxaran valideyn nurçu məktəbin məsələni ört-basdır etməsi üçün əllərindən gələni etdiklərini açıqlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti