Dövlət Xidməti AZAL-ın biletlərinin baha olmasını araşdırıb

 Dövlət Xidməti AZAL-ın biletlərinin baha olmasını araşdırıb
  18 Yanvar 2024    Oxunub:1592
"AZAL-ın biletlərinin baha olması ilə daxil olan müraciətlərin araşdırılması nəticəsində müəyyən edilib ki, bu sahədə antiinhisar qanunvericiliyinin pozulması müşahidə edilmir".
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AZAL-la yanaşı, ölkədə bir sıra xarici şirkətlər uçuşlar həyata keçirir və vətəndaşlar öz seçimlərində sərbəstdirlər. "AZAL məhdud yerlərə uçur və digər ölkələrə daha çox xarici şirkətlər uçuş həyata keçirir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti