"İran Pakistan ərazisinə hücumu razılaşdırıb" - Sergey Markov

   "İran Pakistan ərazisinə hücumu razılaşdırıb" -    Sergey Markov
  17 Yanvar 2024    Oxunub:1114
İran Pakistan ərazisinə zərbələr endirib. Pakistan XİN səviyyəsində etiraz etdi. Amma İslamabadın real cavabının olub-olmayacağı bilinmir. Çünki İran Pakistanın dövlət obyektlərinə deyil, Tehranın terrorçu adlandırdığı radikal qrupun obyektlərinə zərbələr endirib.
AzVision.az bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Pakistan isə bilir ki, bütün ərazisinə, xüsusən də "qəbilə zonası" adlanan əraziyə nəzarət edə bilməz. Ola bilsin ki, Pakistan İranın öz düşmənlərini də məhv etməsinə sevinir. Etiraz isə asayiş naminə edilib. İranın hədəf aldığı qrup bəluclardır. Onlar həm İran, həm də Pakistan üçün separatçı sayılır. Ona görə də İranla Pakistan arasında heç bir münaqişə olmayacaq. Hətta ola bilsin ki, onlar İranın zərbəsinin məqsədlərinə dair əvvəlcədən razılaşıblar. Hərbi kəşfiyyat səviyyəsində razılaşma ola bilər", - o bildirib. (axar.az)

AzVision.az



Teqlər:





Xəbər lenti