XİN Peter Mixalkonu məsuliyyətsizlikdə ittiham edib

   XİN Peter Mixalkonu məsuliyyətsizlikdə ittiham edib
  17 Yanvar 2024    Oxunub:1050
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Azərbaycanın məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır:

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.


AzVision.az



Teqlər:





Xəbər lenti