Drezdendə ABŞ və Britaniyanın şəhəri bombalaması ilə bağlı yazı götürülüb

   Drezdendə ABŞ və Britaniyanın şəhəri bombalaması ilə bağlı yazı götürülüb
  17 Yanvar 2024    Oxunub:740
Drezdendə memorial kompleksin üzərindəki 1945-ci ilin fevralında Amerika və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən partlayışlarla bağlı yazı bərpa edilməyəcək. Bu barədə RİA Novosti-yə şəhərin mətbuat xidmətindən məlumat verilib.
Şəhər rəhbərliyinin nümayəndələri qeyd ediblər ki, yazı planlaşdırılan işlər çərçivəsində götürülüb. İzah edilib ki, yeraltı dayanacağın bir hissəsində həkk olunmuş yazı həm də skamyanın arxa hissəsidir, ona görə də yoldan keçənlər yazının üzərində əyləşir. Bununla yanaşı, meriya bildirir ki, memorial abidə tez-tez vandallar tərəfindən zədələnir.

Məlum olub ki, hələ 2019-cu ildə yazının silinməsi ilə bağlı razılıq əldə olunub, lakin bu barədə məlumat verməyiblər.

Administrasiyanın mətbuat xidməti qeyd edib ki, 2020-ci ildə yaxınlıqda memorial yer haqqında məlumatların olduğu stel quraşdırılıb. Ötən il tikinti işləri zamanı onu zədələyiblər, yaxın vaxtlarda yenidən Altmarkt meydanında quraşdırılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti