Türkiyə bankları Rusiya şirkətlərindən imtina edir

  Türkiyə bankları Rusiya şirkətlərindən imtina edir
  17 Yanvar 2024    Oxunub:1048
Sanksiya qorxusuna görə türk bankları Rusiya şirkətləri ilə əməkdaşlıqdan imtina edir.
Bu barədə “Kommersant” nəşri maliyyə bazarındakı mənbələrə və xarici ticarət iştirakçılarına istinadən məlumat yayıb. Qeyd olunub ki, müqavilənin rəsmi bağlanması olmadan müxbir əlaqələri və ödənişlərin işlənməsi dayandırılır. Xarici bankların Rusiyadakı bəzi törəmə şirkətləri istisnadır.

Çətinliklər uzun müddətdir var idi, lakin 2023-cü ilin sonunda vəziyyət xeyli pisləşib və vəziyyət Türkiyənin demək olar ki, bütün banklarına yayılıb.

Yanvarın 1-dən şirkətlərdən Rusiyadan Türkiyəyə pul köçürmələri demək olar ki, dayanıb, ixracatçılar lirə və rublla ödənişləri qəbul etməyi dayandırıb, hətta bəzi banklar əməliyyatların “qadağan olunmuş mallara” aid olduğunu izah edərək, artıq qəbul edilmiş əməliyyatları geri göndəriblər.

Türkiyənin bank sektorundan olan mənbə bildirib ki, problemlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin tədbirləri ilə bağlıdır. Türkiyədən Rusiyaya ixrac ötən il 23,2% kəskin artıb, ilk növbədə kimya sənayesi, avtomobil sənayesi, meyvə və elektronika məhsulları ixrac edilib. Problemin Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən etiraf edilərək, səlahiyyətli orqanların yoxlamaları səbəbindən çətinliklərin artdığı qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti