İran Pakistanı ballistik raketlə vurdu |
Eyni zamanda, Xarici İşlər Nazirliyi həmsöhbətlərin İranın Pakistana hücumunu müzakirə edib-etmədiyini açıqlamayıb. XİN rəhbəri həmçinin bildirib ki, əməkdaşlıq iqtisadiyyat, ticarət və enerji də daxil olmaqla müxtəlif sahələri əhatə etməlidir. O, xüsusilə Əfqanıstanla sərhəddə yerləşən ərazilərdə sərhəd təhlükəsizliyinin və narkotiklərlə mübarizənin təkmilləşdirilməsinin zəruriliyini xatırladıb.
Xatırladaq ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş-i-Zəlum” terror qruplaşmasının Pakistandakı qərargahına ilk dəfə olaraq ballistik raket atıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Hücumun hədəfləri Pakistanın Bəlucistan əyalətinin Ko Sabz rayonunda olub. Burada terrorçuların iki ən böyük qərargahı yerləşib. Onlar raketlər və pilotsuz təyyarələr tərəfindən uğurla məhv edilib", - məlumatda deyilir.
İranın müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu hücumun nəticələrinə görə məsuliyyətin yalnız İranın üzərinə düşəcəyi bildirilib.
Şahanə Rəhimli
AzVision.az