Makron Kiyevə gedəcək

   Makron Kiyevə gedəcək
  17 Yanvar 2024    Oxunub:928
Fransa prezidenti Emmanuel Makron silahların Ukraynaya çatdırılmasını müzakirə etmək üçün fevral ayında Kiyevə gedəcək. xəbər verir ki, o, bu barədə Yelisey sarayında keçirilən mətbuat konfransında bildirib.
"Silahların çatdırılması ilə yanaşı, sonlandırdığımız razılaşmaları müzakirə etmək üçün fevralda Kiyevə gedəcəm.

Mən bu mətnlər üzərində işin başa çatdığını elan edəcəyəm və haqqında danışdığım silahların tədarükünə başlanılacaq”, - Makron bildirib.

Onun sözlərinə görə Paris Kiyevə 40 SCALP raketi və yüzlərlə bomba verməyə hazırdır.

Makron həmçinin Fransaya Ukraynaya daha çox silah, o cümlədən Caeser özüyeriyən haubitsa göndərmək imkanı verəcək sənayedə irəliləyişlər olduğunu deyib. Fransa liderinin danışdığı yekunlaşma mərhələsində olan saziş Ukrayna üçün təhlükəsizlik təminatlarını ehtiva edir.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Stefan Sejournet Ukraynaya səfəri zamanı hökumətə iqtisadi, hərbi və humanitar sahələrdə uzunmüddətli dəstək vəd edib. Nazir həmçinin söz verib ki, Fransanın yüksək rütbəli nümayəndələri Ukraynanın cari ehtiyaclarını qiymətləndirmək üçün bu ölkəyə bir neçə dəfə səfər edəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti