Abid Şərifov nazirlə bağlı qərar verdi

Abid Şərifov nazirlə bağlı qərar verdi
  22 İyun 2014    Oxunub:924
Nazirlər Kabineti bəzi qərarlarında dəyişikliklər edib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi rabitə xidməti işçilərinin rəsmi xüsusi geyim forması və poqon gəzdirmələrinə icazə verilməsi haqqında” qərarının adı müvafiq qaydada dəyişdirilib.

Dəyişikliyə əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabeliyində olan xüsusi rabitə xidməti işçilərinin və rabitə obyektlərinin mühafizəsi funksiyalarını yerinə yetirən qurumunun işçilərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etmək tapşırılıb.

Eyni zamanda Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi qərara da dəyişiklik edilib. Dəyişikliyə əsasən, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabineti Fövqəladə Komissiyasının tərkibinə daxil edilib.

Qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.


Teqlər:





Xəbər lenti