İsveçrə Ukraynaya 1,6 milyard avro dəyərində yardım edəcək

 İsveçrə Ukraynaya 1,6 milyard avro dəyərində yardım edəcək
  16 Yanvar 2024    Oxunub:839
İsveçrə 2025-ci ildən 2028-ci ilə qədər Ukraynaya 1,5 milyard frank, təxminən 1,6 milyard avro dəyərində yardım edəcək.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında İsveçrə Prezidenti Viola Amerd deyib.

"İsveçrə Ukraynanın yenidən qurulmasına xüsusi diqqət yetirir. Federal Şuranın nöqteyi-nəzərindən yenidənqurma qitənin sabitliyi üçün strateji əhəmiyyət kəsb edir", - deyə Viola Amerd deyib.

Onun sözlərinə görə, 2022-ci ilin iyulunda Ukraynanın bərpasına dair konfransda irəli sürülən Luqano prinsipləri bərpa üçün siyasi kompas rolunu oynayır.

"Ukraynaya dəstək olaraq, İsveçrə 2025-ci ildən 2028-ci ilə qədər növbəti beynəlxalq əməkdaşlıq strategiyası dövrü üçün 1,5 milyard frank planlaşdırıb", - deyə İsveçrə Prezidenti bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti