"Ukraynalı qaçqınların yarısı Avropada iş tapmayıb" - BMT

   "Ukraynalı qaçqınların yarısı Avropada iş tapmayıb" -    BMT   ​
  15 Yanvar 2024    Oxunub:816
Ukraynalı qaçqınların yalnız yarısı Avropada iş tapıb, qalanlarının çox vaxt yaşayış üçün şəraitləri yoxdur
AzVision.az xəbər verir ki, bu barədə "ABC News" BMT-nin məlumatlarına istinadən yazır.

“Məktəb yaşındakı qaçqınların yalnız yarısı yerləşdikləri məktəbə gedir, böyüklərin yalnız 40-60%-i işləyir və bir çoxu heç bir dəstək olmadan həssas vəziyyətdədirlər”, - jurnalistlər bildiriblər.

Onların sözlərinə görə, BMT bu məlumatlardan Ukraynaya 1,1 milyard dollar yardım tələbini əsaslandırmaq üçün istifadə edib. Pul 2,3 milyon qaçqına və onları qəbul edən ölkələrə dəstək üçün göndəriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti