"Bu il Ukraynanın taleyində həlledici olacaq"
"Ukrayna üçün bu, ölkənin taleyinin həll olunacağı il olacaq. Sülh tarixində demokratiya üçün ən böyük il olacaq, çünki dünya əhalisinin demək olar ki, yarısı səs verəcək”, Müdafiə Nazirliyinin X səhifəsində yayımlanan "Lancaster House"da çıxış edən nazir deyib.
Şapps vurğulayıb ki, London bu il sə Kiyevi dəstəkləməkdən imtina etməyəcək, çünki Ukraynadakı münaqişə Böyük Britaniya üçün ekzistensial xarakter daşıyır.
O, həmçinin bildirib ki, krallıq 2015-ci ildən bəri ümumilikdə 60 mindən çox ukraynalı hərbçi hazırlayıb. Eyni zamanda, nazir vurğulayıb ki, Böyük Britaniya müdafiə qabiliyyətini artırmaq üçün çalışır. Bununla bağlı o xatırladıb ki, ölkənin 2024-cü il üçün hərbi büdcəsi tarixdə ilk dəfə olaraq 50 milyard funt-sterlinqi (indiki məzənnə ilə 63 milyard dollar) keçəcək. Bundan əlavə, nazir alyansın “Sabit Müdafiəçi” təlimlərində iştirak etmək üçün fevralda NATO-nun şərq cinahına 20 min britaniyalı hərbçinin köçürülməsi planlarını təsdiqləyib.
Aytən Zəhra
AzVision.az
Teqlər: