Dağıstandakı zəlzələdən sonra ekspertlər Qroznı-Bakı neft kəmərini yoxlayıblar

   Dağıstandakı zəlzələdən sonra ekspertlər Qroznı-Bakı neft kəmərini yoxlayıblar
  14 Yanvar 2024    Oxunub:1165
Qroznı-Bakı neft kəməri yanvarın 12-də Xasavyurtun qərbində baş vermiş zəlzələdən sonra normal işləyir. Bu barədə TASS-a “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib.
“2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də episentri Xasavyurtdan 13 km şimal-qərbdə, 5 km dərinlikdə, maqnitudası 4,1, intensivliyi 4,0-4,5 bal olan zəlzələ baş verib.

Episentrdən 225 km radiusda yerləşən "Çernomortransneft" ASC-nin obyektləri, Qroznı-Bakı və "Mahaçqala" - 201 km magistral neft boru kəmərlərinin xətti hissəsində, eləcə də "Samur", "Mahaçqala" və "Sulak" neft nasos stansiyalarının xətti hissəsində avadanlıqların nasazlığı faktı müəyyən edilməyib. Zəlzələnin mənfi nəticələri yoxdur”, - deyə o bildirib.

Yanvarın 12-də Dağıstanın Novolakski rayonunda 3,4 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib. Yerin səthində baş verən təkanlar Xasavyurt şəhəri və Xasavyurt bölgəsinin sakinləri tərəfindən hiss olunub.

Yanvarın 12-də Dağıstanın Xasavyurt rayonunda 4,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti