Türkiyə Milli Təhlükəsizlik Təşkilatının toplantısı keçirilib

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının toplantısı keçirilib
  13 Yanvar 2024    Oxunub:1144
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının toplantısı keçirilib.
AzVision.az "Azərtac"a istinadən xəbər verir ki, mediaya qapalı şəraitdə keçirilən toplantı təxminən bir saat davam edib.

Prezident Ərdoğanın rəhbərliyi ilə keçirilən tədbirdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanın Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və İYİ Partiyanın sədri Meral Akşenerlə terrorla mübarizə ilə bağlı telefonla danışıqları olub.

AzVision.az


Teqlər:





Xəbər lenti