Koronavirusa görə toyu təxirə salınan sabiq baş nazir evlənib
Mərasimin Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 325 kilometr (200 mil) uzaqlıqdakı mənzərəli Hauke's Bay bölgəsindəki lüks bir üzüm bağında keçirildiyi bildirilir.
Nigah mərasiminə onun ailəsi, yaxın dostları və 43 yaşlı Ardernin keçmiş deputat həmkarlarından bir neçəsi, o cümlədən keçmiş baş nazir Kris Hipkins dəvət edilib.
Xatırladaq ki, Yeni Zelandiyanın keçmiş Baş naziri Yasinda Ardern 2022-ci ilin yanvarında COVID məhdudiyyətlərini elan etdikdən sonra öz toyunu da ləğv etmişdi.
AzVision.az
Teqlər: