Ostin hərbi əməliyyatlara xəstəxanadan rəhbərlik edib

   Ostin hərbi əməliyyatlara xəstəxanadan rəhbərlik edib
  13 Yanvar 2024    Oxunub:1503
ABŞ-ın müdafiə naziri Lloyd Ostin yerləşdirildiyi Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində xəstəxanada müalicəsini davam etdirir və vəziyyəti yaxşıdır. ya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Pat Ryder deyib.

Onun sözlərinə görə, Ostin yüksək səviyyəli heyət ilə əlaqə saxlayır, əsas təhlükəsiz kommunikasiya imkanlarına tam çıxış imkanına malikdir və ABŞ Müdafiə Nazirliyinin dünya üzrə gündəlik əməliyyatlarına nəzarət etməyə davam edir.

"Nazir bu həftə monitorinqləri fəal şəkildə izləyib, eyni zamanda ABŞ ordusunun Yəmənin husilərin nəzarətində olan ərazilərdəki hərbi obyektlərin dünənki zərbələrinə rəhbərlik edib".

Nazirlik hazırda Ostinin xəstəxanadan çıxma vaxtı ilə bağlı konkret tarix verə bilmir.

Pentaqonun Ostinin xəstəxanada qalması ilə bağlı məlumatları üç gün Ağ Evdən gizli saxlaması ABŞ-da qalmaqala səbəb olub. ABŞ-ın müdafiə naziri adi tibbi prosedurdan sonra yaranan fəsadlar səbəbindən yanvarın 1-də xəstəxanaya yerləşdirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti