Ötən il 1,2 milyon abonent qazdan 12 qəpik tariflə istifadə edib

   Ötən il 1,2 milyon abonent qazdan 12 qəpik tariflə istifadə edib
  12 Yanvar 2024    Oxunub:1553
2023-cü ildə yanvar-dekabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1199375 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 47,1 %), 998 946 abonent 20 qəpik tarifilə (ümumi abonentlərin 39,3 %), 346 557 abonent 25
qəpik tarifilə (ümumi abonentləin 13,6 %) qazdan istifadə edib.
AzVision.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin idarəetmə aparatının istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev deyib. O qeyd edib ki, limitlərin sıfırlanması prossesi smart sayğaclar üzrə yanvar ayının ilk günü saat 00:00-da təmin olunub. Mexaniki sayğaclar üzrə isə yanvar ayının ilk günündən start verilərək göstəricilər çıxarılıb və abonentlərə ilin son istehlakı barədə bildiriş təqdim olunub.
E.Qocayev bildirib ki, ötən il 1200-lük qaz limitini keçməyənlərin sayı az idisə, bu il onların sayı çoxalıb:

"12 qəpiklik limit adətən noyabr-dekabr aylarına qədər keçilmir, bu, göstərici 50 faiz civarındadır. Noyabrdan sonra limiti keçənlərin sayı artır ki, bu da qış mövsümü ilə bağlıdır.
Ümidvarıq ki, növbəti illərdə abonentlərimiz qazdan daha səmərəli istifadə edəcəklər. Limiti keçənlərin sayının azalmasında Azərbaycanda müəyyən günlərdə havaların isti keçməsi də rol oynayır".

E.Qocayev əlavə edib ki, qaz limiti keçənlərin əksəriyyəti fərdi yaşayış evlərində qalanlardır:

"Bina evlərində isə limiti keçənlərin sayı azdır. Bu da fərdi yaşayış evlərində izolyasiyanın olmaması ilə bağlıdır. Nəticədə evin isidilməsi zamanı sərfiyyat çoxalır. Bina evlərində isə bu problem müşahidə edilmir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti