Blinken ərəb ölkələrini husilərlə bağlı razı sala bilməyib

   Blinken ərəb ölkələrini husilərlə bağlı razı sala bilməyib
  12 Yanvar 2024    Oxunub:1316
ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb ölkələrini Yəməndəki husi qiyamçılarından gələn təhlükəyə qarşı durmaq üçün beynəlxalq koalisiyaya qoşulmağa razı sala bilməyib.
Bu barədə “Semafor” portalı mənbələrə istinadən məlumat yayıb. Ərəb rəsmilərinin qeyd etdiyi kimi, husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaş kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatların bərpasına dəstək verməkdə maraqlı deyil.

Yəmənə endirilən zərbələrin sayı açıqlandı - VİDEO
Misir və Qətər də bu cür əməliyyatlara qoşulmaq niyyətində deyil, çünki bu, Yaxın Şərq münaqişəsində İsrail və onun Qərb müttəfiqlərinin tərəfini tutmaq kimi görünə bilər.

Portal qeyd edib ki, regional tərəfdaşların dəstəyinin olmaması ABŞ-ın həm döyüş meydanında, həm də ritorika baxımından husilərə qarşı əməliyyat keçirmək planlarını poza bilər. Semafor aydınlaşdırıb ki, Vaşinqtonun husilərə qarşı çıxmaq planlarına indiyədək Yaxın Şərq ölkələri arasında yalnız Bəhreyn qoşulub.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb.Qırıcılar Səna Beynəlxalq Hava Limanına və ona bitişik Əd-Dleymi aviabazasına dörd reyd keçiriblər. Husi qrupunun Hudeydə limanına bitişik Əl-Katib bölgəsindəki hava limanı və kazarmalarına, eləcə də qrupun Hudeydə şəhərinin şərqindəki düşərgəsinə səkkiz hava zərbəsi endirilib.


AzVision.az




Teqlər:  





Xəbər lenti