"Qırmızı dənizdə hücuma davam edəcəyik" - Husilərin rəsmisi

   "Qırmızı dənizdə hücuma davam edəcəyik" -    Husilərin rəsmisi
  12 Yanvar 2024    Oxunub:1093
"Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı ABŞ və Britaniyanın husilərin nəzarətində olan ərazilərdəki hədəflərə zərbə endirməsinə baxmayaraq, Qırmızı dənizdə İsrailə bağlı mülki gəmilərə hücumu davam etdirəcək".
Bu barədə hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam bildirib.

“Bir daha bildiririk ki, Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur. Çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyildi.

Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik”, – Abdel Salam özünün X (Twitter) səhifəsində yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Husi  





Xəbər lenti