"Qardaş Yəmənə hücumu pisləyirik" - "Hizbullah"

   "Qardaş Yəmənə hücumu pisləyirik" -     "Hizbullah"
  12 Yanvar 2024    Oxunub:1117
Livanın şiə partiyası "Hizbullah" Böyük Britaniya və ABŞ-ın Yəməndə husilərin mövqelərinə vurduğu zərbəni pisləyir və bunu Yəmənin suverenliyinə qarşı təcavüz hesab edir.
Bu barədə hərəkatın saytında dərc olunmuş məlumatda deyilir.
Yəmənə endirilən zərbələrin sayı açıqlandı - VİDEO


“Hizbullah qardaş Yəmənə, onun təhlükəsizliyinə və suverenliyinə, azad və nəcib xalqına qarşı açıq-aşkar Amerika-Britaniya təcavüzünü kəskin şəkildə pisləyir”, - dərc olunmuş mətndə qeyd edilir.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının hədəflərinə zərbələr endirib. Bu barədə "Al Hadath" telekanalı xəbər verib. Telekanalın məlumatına görə, Yəmənin qərbində yerləşən Hudeyda liman şəhəri yaxınlığında husilərin mövqeləri hücuma məruz qalıb.

Qeyd edilir ki, onlara qarşı hücumlar Qırmızı dənizdən həyata keçirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti