ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurur |
Taiz şəhərinin Əl-Cənd ərazisindəki 22-ci mexanikləşdirilmiş briqadanın düşərgəsi də hücuma məruz qalıb. Eyni şəhərdə hava limanına zərbələr endirilib.
Xarici KİV isə təkcə ABŞ Hərbi Hava Qüvvələri Yəmənin husi üsyançı hərəkatının 16 obyektinə 60-dan çox hədəfə zərbələr endirdiyini yazıb. Qeyd edilir ki, xüsusilə sursat anbarlarına, buraxılış qurğularına, istehsalat obyektlərinə və hava hücumundan müdafiə radarlarına zərbələr endirilib. Hərbi Hava Qüvvələri müxtəlif növ 100-dən çox dəqiq idarə olunan sursatdan istifadə edib. Zərbələrə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının təyyarələri və yerüstü və sualtı platformalardan atılan Tomaqavk qanadlı raketləri cəlb edilib.
Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.
Tural Tağıyev
AzVision.az