Austin zərbə əmrini xəstəxanadan verib

   Austin zərbə əmrini xəstəxanadan verib
  12 Yanvar 2024    Oxunub:1144
Pentaqon rəhbəri Lloyd Austin xəstəxanadan təhlükəsiz rabitə vasitələrindən istifadə etməklə Yəməndə husilərə qarşı zərbə əmrini verib. Bu barədə CNN məlumat yayıb.
ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi Austinin xəstəxanada olmasına baxmayaraq, əməliyyatı real vaxt rejimində izlədiyini deyib.
ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurur


Qeyd edək ki, cümə gecəsi ABŞ və Böyük Britaniya Yəmənin dörd vilayətində hədəflərə 23 hava hücumu həyata keçirib. Pentaqon bildirib ki, husilərin obyektlərinə edilən hücumlardan sonra heç bir cavab addımı olmayıb. ABŞ rəsmiləri onu da qeyd ediblər ki, Yəməndəki zərbələrin hədəfi raket anbarları, pilotsuz təyyarələr və radar stansiyaları olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti