Qərb Rusiyaya qadağan olunmuş mal satışına görə Çini keçib

   Qərb Rusiyaya    qadağan olunmuş mal satışına    görə Çini keçib
  12 Yanvar 2024    Oxunub:1208
Vaşinqton və onun müttəfiqlərinin sanksiyalar qoyduğu ikili təyinatlı malların Rusiya tərəfindən idxalı ötən ilin yanvar-oktyabr aylarında təxminən 9 milyard dollar təşkil edib ki, bu da onun Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən əvvəlki səviyyədən cəmi 10% aşağıdır.
AzVision.az “Politiko” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Rusiyanın ticarət göstəricilərinin təhlilinə əsasən, ötən ilin ilk 10 ayında Qərb şirkətləri döyüş komponentlərinin 48%-ni tədarük edib. Halbuki, bu məsələdə Çinin payına 45% düşüb. “Yermak-Makfol” qrupunun və Kiyev iqtisadiyyat məktəbinin hesabatında belə statistika açqılanıb.

Rusiyanın 2023-cü ildə aldığı ikili təyinatlı malların istehsalçılarının siyahısına Amerikanın yarımkeçirici nəhəngi olan “Intel” şirkəti başçılıq edir. İkinci yerdə Çinin məşhur “Huawei” şirkəti dayanır. İlk 10-luqda daha sonra Amerikanın Analog Devices, AMD, Texas Instruments, IBM və Dell şirkətləri yer alıblar.

Beləliklə də, 2023-cü ilin ilk üç rübündə Rusiyanın aldığı “hərbi” malların demək olar ki, yarısı qərargahı ixrac nəzarəti tətbiq edən ölkələrdə yerləşən istehsalçıların payına düşüb.

Amma, nədənsə, həmin şirkətlərə Vaşinqton və onun müttəfiqləri sanksiyalar tətbiq etməyə tələsmirlər. Doğru deyiblər ki, böyüklərin öz qəribəlikləri olur.
AzVision.az



Teqlər: Rusiya   sanksiya  





Xəbər lenti