"Ölkəmiz kütləvi aqressiv hücuma məruz qalib" - Yəmən XİN

   "Ölkəmiz kütləvi aqressiv hücuma məruz qalib" -    Yəmən XİN
  12 Yanvar 2024    Oxunub:1033
Ənsar Allah hərəkatına (husilərə) tabe olan Yəmən Xarici İşlər Nazirliyi ABŞ və İngiltərəni raket hücumuna görə qisas alacaqları ilə hədələyib.
Bu barədə Ənsar Allah hökumətində xarici işlər nazirinin müavini olan Hüseyn əl-Ezzi sosial şəbəkələrdə bildirib.

“Ölkəmiz Amerika və Böyük Britaniyanın gəmiləri, sualtı qayıqları və hərbi təyyarələrindən həyata keçirilən kütləvi aqressiv hücuma məruz qalıb.

Şübhəsiz ki, Amerika və Britaniya ağır bədəl ödəməyə hazırlaşmalı və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini qəbul etməli olacaq"- əl-Ezzi deyib.

Bundan əvvəl konqresmen Ro Khanna ABŞ prezidenti Co Baydenin Konqresin razılığı olmadan Yəmənə hücum əmri verərək qanunu pozduğunu bildirib.

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlar və Britaniyanın Yəməndəki üsyançı "Ənsar Allah" (Husilər) hərəkatının mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti