ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurur

    ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurur
  12 Yanvar 2024    Oxunub:1216
ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatının hədəflərinə zərbələr endirib. Bu barədə "Al Hadath" telekanalı xəbər verir.
Telekanalın məlumatına görə, Yəmənin qərbində yerləşən Hudeyda liman şəhəri yaxınlığında husilərin mövqeləri hücuma məruz qalır.
"Ölkəmiz kütləvi aqressiv hücuma məruz qalib" - Yəmən XİN


Qeyd edilir ki, onlara qarşı hücumlar Qırmızı dənizdən həyata keçirilir.

Bundan əvvəl “The Times” qəzetinin jurnalisti Stiven Svinford məlumat vermişdi ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının hərbi obyektlərinə hava zərbələri endirməyi planlaşdırır.

Pentaqon rəhbəri Lloyd Austin Qırmızı dənizi husilərin ticarət şirkətlərindən yük daşıyan mülki gəmilərə hücumlarından qorumaq üçün əməliyyata başladığını açıqlamışdı.

Əməliyyat "Rifahın keşikçisi" adlanır. Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Bəhreyn və Seyşel adaları da daxil olmaqla, bir çox dövlətlər burada iştirak edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti