"Bələdçilərimiz Şuşa və Ağdamda səfərlərdə iştirak edirlər" - Assosiasiya sədri

"Bələdçilərimiz Şuşa və Ağdamda səfərlərdə iştirak edirlər" -    Assosiasiya sədri
  11 Yanvar 2024    Oxunub:1091
"Azərbaycanda bələdçilərin sayı 9 dəfə artıb. Lakin təkcə kəmiyyət deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq".
AzVision.az xəbər verir ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev Turizm Sənayesi Subyektlərinin Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildi və bələdçilərimizin sayı da məhdud idi.

"Xidmət isə yalnız ingilis və rus dilində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəxalq standartlara uyğun hazırlanır. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər.

Cari ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyəqədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdır. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti