BMT missiyasına məxsus helikopter qaçırılıb

 BMT missiyasına məxsus helikopter qaçırılıb
  11 Yanvar 2024    Oxunub:947
Somalidə BMT missiyasına məxsus helikopter qaçırılıb. Silahlılar tərəfindən qaçırılan helikopterdə Keniya, Uqanda və Misir vətəndaşları olub.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

BMT-nin Somalidəki Xüsusi Yardım Missiyası da təşkilatın helikopteri ilə bağlı insident yaşanmasını təsdiqləyib. "Bloomberg" nəşri isə Somali radikal islamçı qruplaşması "Əl-Şəbab" (Gənc Mücahidlər Hərəkatı) yaraqlılarının adını hallandırıb. Qeyd edilir ki, qaçırılmış helikopterin sərnişinlərindən biri öldürüıüb, digərləri isə hələ də girov saxlanılırlar.

“Girov saxlanılan doqquz nəfər arasında iki Keniyalı həkim, Uqandadan olan bir əsgər, somalili bir zabit və misirli həkim də var idi”, – nəşr Somali hərbçilərinin məlumatlarına istinadən yazır.

Məlumata görə silahlılar misirli həkimi güllələyiblər.
Tural Tağıyev
AzVision.az



Teqlər: BMT   Somali  





Xəbər lenti