Məşhur futbolçu təyyarədə dava saldı

Məşhur futbolçu təyyarədə dava saldı
  10 Yanvar 2024    Oxunub:1035
Rusiya millisinin sabiq futbolçusu Pavel Mamayev Moskva-Dubay reysində qalmaqal yaradıb.
AzVision.az "Mash"a istinadən xəbər verir ki, stüardessalar onun uşaq arabası istəyini geri çeviriblər.

35 yaşlı yarımmüdafiəçi isə qışqırmağa və nalayiq ifadələr işlətməyə başlayıb.

Bildirilib ki, təyyarə səhər tezdən Moskvadan Dubaya uçmalı imiş. Lakin hava gəmisində texniki nasazlıq olub. Bu səbəbdən uçuş saat 23:30-a təxirə salınıb.

Mamayev ekonom sinif sərnişinlərin sırasında əyləşib və uşaq arabası verilənə qədər təyyarəni tərk etməyəcəyini söyləyib. Onun fiziki təsir göstərmədiyi vurğulanıb. Daha sonra o, ailəsi ilə birlikdə gözləmə otağına gedib, ardınca isə evinə yollanıb.

Qeyd edək ki, Pavel Mamayev 2018-cu ildə Aleksandr Kokorinlə birlikdə azadlıqdan məhrum edilmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti