Blinken İsrail prezidenti ilə görüşüb

Blinken İsrail prezidenti ilə görüşüb
  09 Yanvar 2024    Oxunub:725
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Tel-Əvivdə İsrail prezidenti İsaak Herzoqla görüş keçirib.
AzVision.az xəbər verir ki, görüşdə Herzoq ABŞ rəhbərliyinin dəstəyinə görə minnətdarlığını vurğulayaraq, İsrailin həyata keçirdiyi əməliyyatların "azad dünyada insan dəyərlərinə uyğun müharibə" olduğunu söyləyib.

O, Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı qaldırdığı soyqırım iddiasını "iyrənc və əsassız" kimi qiymətləndirib.

Blinken isə, öz növbəsində, səfəri çərçivəsində Qəzzada saxlanılan bir sıra israilli məhbusların ailələri ilə də görüşəcəyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti