Şoyqu: "Ukrayna ötən il 215 min itki verib"
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri 28 min hərbi texnika itirib. Şoyqunun sözlərinə görə, Rusiya ordusu xüsusi döyüş bölgələrində strateji təşəbbüsü özündə saxlayır. Qərbin Ukraynaya yardımı isə cəbhədəki vəziyyəti dəyişməyəcək. Şoyqu əlavə edib ki, Ukraynanın qoşun birləşmələri insan resurslarının tükənməsi problemi ilə üz-üzə qalıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçiriblər. Nəticədə Rusiya ordusunun xeyli itki verməsi barədə məlumatlar və görüntülər yayıldı.
Tural Tağıyev
AzVision.az