ABŞ vətəndaşı Rusiyada narkotiklə yaxalandı

   ABŞ vətəndaşı Rusiyada narkotiklə yaxalandı
  09 Yanvar 2024    Oxunub:730
ABŞ vətəndaşı Moskvada qanunsuz narkotik dövriyyəsində təqsirli bilinib.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, Robert Vudlend adlı ABŞ vətəndaşı narkotiklərin qanunsuz dövriyyəsi, həmçinin cinayətə təşəbbüsdə ittiham olunur.

“Moskvanın Ostankino Rayon Məhkəməsinin 6 yanvar 2024-cü il tarixli qərarı ilə Vudlend Robert Romanov barəsində 2 ay həbs qətimkan tədbiri seçilib", - məhkəminin bəyanatında deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti