Qabriel Attal Fransanın yeni Baş naziri ola bilər

   Qabriel Attal Fransanın yeni Baş naziri ola bilər
  09 Yanvar 2024    Oxunub:1513
Fransanın Baş nazir postuna mümkün namizədin adı bəlli olub.
AzVision.az "The Guardian"a istinadən xəbər verir ki, Baş nazir Elizabet Bornun istefasından sonra Fransanın yeni Baş naziri kimi hazırkı milli təhsil və gənclər naziri, 34 yaşlı Qabriel Attalın adı hallanıb.

Fransa Sosialist Partiyasının sədri Olivye For bu barədə "France Inter"ə müsahibəsində Attalın uğurlu seçim ola biləcəyini qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti