KİV: Qlobal tanker donanması qocalır

   KİV:    Qlobal tanker donanması qocalır
  08 Yanvar 2024    Oxunub:1189
Dünyanın tanker donanması qocalır, lakin sənaye ənənəvi və ya ekoloji cəhətdən təmiz yanacaq modellərinin seçilib-seçilməməsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən yenilərini almaqda çətinlik çəkir.
Bu barədə “Financial Times” yazıb. Logistika şirkətlərinin sahiblərinin tərəddüdü yeni yanacağın tədarükünün sabitliyinə hələ də təminat verilə bilməməsi ilə bağlıdır.

Yük gəmilərinin orta yaşı hazırda 13,7, neft və digər mayeləri daşıyan tankerlərin orta yaşı isə 12,9 ildir. Bunun səbəblərindən biri Rusiyanın guya kölgə tanker donanmasına daxil etdiyi və Aİ sanksiyalarından yan keçmək üçün istifadə etdiyi, istismardan çıxarılan gəmilərin fəaliyyətinin davam etdirilməsidir.


AzVision.az


Teqlər:





Xəbər lenti