İsrail "Hizbullah" obyektlərini hədəfə alıb

   İsrail "Hizbullah" obyektlərini hədəfə alıb
  08 Yanvar 2024    Oxunub:1290
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah" bölmələrinə aviazərbələr endirib.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, hava hücumu zamanı Livanın Mərvəhin kəndində "Hizbullah"a məxsus hərbi hissə, habelə Eyta əş-Şəb kəndi yaxınlığında raket qurğusu və bir sıra infrastruktur obyektləri məhv edilib.

Qeyd edək ki, İsrail və "Hizbullah" arasında gərginliyin getdikcə artması nəticəsində regionda yeni müharibə ocağının yaranmasından ehtiyat edən İsrailin keçmiş müdafiə naziri Beni Qantz dünən özünün "X" hesabında ölkəsinin "Hizbullah"la münaqişədə "diplomatik həll" yoluna üstünlük verdiyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti