Yaponiyada zəlzələ: 161 nəfər ölüb

   Yaponiyada zəlzələ:    161 nəfər ölüb
  08 Yanvar 2024    Oxunub:990
Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasının Noto yarımadası yaxınlığında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb, daha 103 nəfərlə əlaqə itib.
Bu barədə RİA Novosti Yaponiya mətbuatına istinadən xəbər verir. Bir gün əvvəl məlum olmuşdu ki, yolların və körpülərin dağılması səbəbindən 2300-dən çox insanla rabitə əlaqəsi kəsilmişdi.

2024-cü il yanvarın 1-də Yaponiyanın qərb sahilindəki İşikava prefekturasının Noto yarımadası ərazisində silsilə böyük zəlzələlər baş verib, ən güclüsü 7,6 bal gücündə olub.

Zəlzələlər səbəbindən ölkənin şimaldan cənuba bütün qərb sahilləri üçün sunami xəbərdarlığı verilib və sonra böyük sunami təhlükəsi yaranıb. Sahildə bir sıra yerlərdə sunaminin hündürlüyü 4,2 metr olub.

1370-dən çox ev qismən və ya tamamilə dağılıb. İşikava prefekturasında 66 min ailə susuz, 23,9 mindən çox ev isə işıqsız qalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti