2024-cü ildə güclü maqnit qasırğaları olacaq

   2024-cü ildə güclü maqnit qasırğaları olacaq
  08 Yanvar 2024    Oxunub:1973
Hazırkı günəş tsiklinin bir hissəsi olaraq 2024-cü ildə Yer kürəsində hər ay maqnit qasırğaları baş verməsi gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov deyib.

“Biz gözləyirik ki, 2024-cü il artıq maksimum günəş aktivliyi ili olacaq. Bu, böyük alovlar, böyük maqnit qasırğaları deməkdir. Ona görə də, ümumiyyətlə, 2024-cü illə 2023-cü ili müqayisədə həm alov, həm də geomaqnit aktivliyi baxımından aktiv il olacaq”, - deyə Boqaçev bildirib.

Alim xatırladıb ki, günəş partlayışlarını dəqiq proqnozlaşdırmaq mümkün deyil, lakin hazırda günəş aktivliyinin dövri maksimumu yaxınlaşır. Ona görə də ayda iki və ya üç maqnit qasırğası gözləməliyik. Ən güclü fırtınalar may və iyun ayları arasında gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti