Alman fermerləri yüzlərlə traktorla yolları bağlayıblar

 Alman fermerləri yüzlərlə traktorla yolları bağlayıblar
  08 Yanvar 2024    Oxunub:1239
Almaniyada fermerlər vergilərin ləğvi üçün keçirilən etirazlarda yüzlərlə traktorla yolları bağlayıblar.
AzVision.az xəbər verir ki, b barədə "Tagesschau.de" məlumat yayıb.

Aksiya iştirakçıları texnikalara “Fermersiz gələcək yoxdur”, “Biz 20 maaş artıq almağa çalışmırıq, varlığımız üçün mübarizə aparırıq”, "Biz Alman kənd təsərrüfatının tərəfdarıyıq” və “Davam edin! Əks halda, tezliklə iflasa sürüklənəcəyik” şüarları yazılmış plakatlar yapışdırıblar.

Alman polisinin bir həftə davam edəcək aksiyanı izlədiyi bildirilib.

Qeyd edək ki, yanvarın 5-də fermerlər Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habekin olduğu bərənin gəlişini əngəlləməyə çalışıblar. Dekabrın 9-da isə Fransada fermerlər dövlətdən maliyyə yardımı tələb edərək yerli hökumət binalarını peyinlə doldurublar. Bir gün əvvəl Almaniyada maşinistlərin tətili keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti