İsrail Livan şəhərlərinə hücum edib
“İsrail aviasiyası Tir şəhərinin cənubundakı Əl-Qəlilə, Sayda əyalətinin cənubundakı Qəvsəriyə əs-Siyad və əl-Şərqiyyə şəhərlərinə aviazərbələr endirib”, - məlumatda bildirilir.
Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell yanvarın 6-da regionda getdikcə gərginləşən vəziyyəti müzakirə etmək üçün Livana gəlib.
Habelə rəsmi Beyrut İsraildən ölkənin suverenliyini pozmaqdan əl çəkməyi və qoşunlarını cənub bölgələrindən çıxarmağı tələb edib. Baş nazir Nəcib Miqati bildirib ki, sərhəddə vəziyyətin daha da gərginləşməsi regional müharibənin başlanmasına səbəb ola bilər.
Xatırladaq ki, İsrail "Hizbullah"ın müharibəyə qoşulmasını “ölümcül səhv” adlandırmışdı.
Firudin Həmidli
AzVision.az
Teqlər: