Knesset yeni xarici işlər naziri təyin edilməsini təsdiqlədi

   Knesset yeni xarici işlər naziri təyin edilməsini təsdiqlədi
  01 Yanvar 2024    Oxunub:1432
İsrail Knesseti (parlamenti) İsrail Katsın xarici işlər naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
B barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Qeyd olunub ki, təyinatla bağlı qərar dərhal qüvvəyə minəcək. Kats Nazirlər Kabinetinin 31 dekabr 2023-cü il tarixli qərarına uyğun olaraq Energetika Nazirliyinə rəhbərlik edəcək keçmiş xarici işlər naziri Eli Koeni əvəz edib.

68 yaşlı Kats 1998-ci ildən Likud partiya bileti ilə Knessetə seçilib və əvvəllər müxtəlif nazir vəzifələrində, o cümlədən 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

O, Fələstin və İrana qarşı sərt siyasətin tərəfdarı hesab olunur. Kənd təsərrüfatı naziri kimi o, 2005-ci ildə Qəzza zolağından birtərəfli şəkildə ayrılma planına qarşı çıxıb və energetika naziri kimi anklavın su və elektrik təchizatı baxımından blokadaya alınmasını dəstəkləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti