Yaponiyada güclü zəlzələ: Ölənlər var
Yaponiyanın Meteorlogiya Agentliyi bir neçə yeraltı təkan qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,4 bal gücündə olduğunu açıqlamışdı. Dəqiqləşdirmələrdən sonra zəlzələnin gücünün 7,6 bal olduğu məlum. Zəlzələ ölkənin şimal, cənub və mərkəzi hissəsindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub.
Sahil zonasından əhalinin dərhal təxliyəsi həyata keçirilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb, magistral yollar bağlanıb. Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında anormal vəziyyət müşahidə olunmayıb. Yaponiyanın Meteorlogiya Agentliyi ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanlar ola biləcəyini açıqlayıb.
***
Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Yaponiya mediası ölkənin müvafiq qurumlarına isinadla məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 16:10-da baş verib. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib. Dənizdə dalğanın hündürlüyünün 5 metrə çatacağı güman olunur. Sahil zonasından əhalinin təxliyəsinə başlanılıb.
AzVision.az
Teqlər: