`Bəyəm Gülən Azərbaycanı sevdiyindən burada məktəb açırdı?` - Millət vəkili

`Bəyəm Gülən Azərbaycanı sevdiyindən burada məktəb açırdı?` - Millət vəkili
  20 İyun 2014    Oxunub:1157
Millət vəkilli Etibar Hüseynov `Araz` kurslarının bağlanmasına münasibət bildirib. “Bu gün Milli Məclisdə də bu yöndə çıxışlar oldu. Səslənən fikirlərdən biri də budur ki, bizdə onsuz da kifayət qədər işsiz müəllimlər ordusu var. İndi bağlanan türk liseylərindəki müəllimlər də buna əlavə olunacaq. Bəri başdan qeyd edim ki, bu, tamamilə əsassız fikirdir. Ona görə ki, Azərbaycanda müəllimlər üçün iş yeri qıtlığının əsas səbəbkarlarından biri də həmən nurçu şəbəkə idi. Çünki təsis etdikləri onlarla kollec, lisey və kurslardakı müəllim heyətinin demək olar ki, 99 faizi elə Türkiyədən gətirdikləri "abi" və "xoca"lardan ibarət idi”,- deyə o, öz facebook səhifəsində yazıb.
- Digər tərəfdən də, sual olunur: bəyəm Fətullah əfəndinin bu keyfiyyətli təhsil ixracatı onun Azərbaycana sevgisindən irəli gəlirdi? Əlbəttə ki,YOX, YOX, BİR DƏ YOX. Çünki aydın məsələdir ki, Fətullah xocanın Azərbaycan sevgisi nə qədər güclü olsa belə, daha Türkiyə sevgisindən də çox deyidil ki. Türkiyənin mərkəzi şəhərləri istisna olmaqla, əksər yerlərdə istər məktəblər olsun, istərsə də məktəblilər həddindən artıq bərbad və acınacaqlı vəziyyətdədir və bunu bizlər də hər gün türk tv-ləri vasitəsilə izləyirik. Nədən həmin lisey və kurslar ilk növbədə Türkiyədə açılmır? Bir daha soruşuram: bəyəm gülənçilərin Azərbaycan sevgisi Türkiyə sevgisindən üstündür? Təbii ki, xeyr. – deputat yazıb.

Etibar Hüseynovun fikrincə, bu arqumentin özü həmin `sevgi`nin arxasında məkrli məqsədlərin dayanmasına bir sübutdur. Həmin məkr və hiylə pərdəsi arxasında həyata keçirilən iyrənc planları bilən dövlətlər də nurçuları öz ölkələrindən çıxarırlar. Ona görə də mən bir millət vəkili və həmçinin vətəndaş olaraq bu prosesi alqışlayıram və onun sona qədər davam etdirilməsini dəstəkləyirəm. Əminəm ki, tezliklə həmin bağlanan məktəblərin yerində daha səviyyəli və daha faydalı təhsil müəssisələri yer alacaq.


Teqlər:





Xəbər lenti