Rüşvətə görə tutulan erməni qərargah rəsinin keçmiş müavini azadlığa buraxılır
Vəkil qeyd edib ki, məhkəmə müdafiə tərəfinin 60 min dollar girov müqabilində həbsdən azad olunması ilə bağlı vəsatətini təmin edib. Qalstyanın istintaq təcridxanasından buraxılma vaxtı məbləği nə vaxt ödəmələrindən asılıdır.
Qeyd edək ki, Qalstyan digər yüksək rütbəli hərbçilər və Müdafiə Nazirliyinin keçmiş rəhbəri David Tonoyan ilə birlikdə ordu üçün aviasiya raketlərinin alınmasında xüsusilə böyük miqyasda sui-istifadə və oğurluq ittihamı ilə cinayət işi üzrə həbs edilib. O, 2021-ci ilin oktyabrında həbs edilib.
AzVision.az
Teqlər: