"Hesabları dondurulacaq..."

"Hesabları dondurulacaq..."
  16 Aprel 2013    Oxunub:1054
Hesablama Palatası büdcə və digər təşkilatlara xəbərdarlıq edib.
"Əgər büdcə təşkilatları və digər təşkilatlar Hesablama Palatasının (HP) təqdimatlarını icra etməsələr, onlara qarşı tədbirlər görüləcək. Onların hesablarının dondurulmasına qərar veriləcək."

AzVision.az-ın verdiyi xəbərə görə, bunu Hesablama Palatasının sədri Heydər Əsədov bildirib. O deyib ki, ötən il büdcə təşkilatlarına 100 belə təqdimat göndərmişik. Amma elə bir hala rast gəlmədik ki, onlara reaksiya verilməsin.

AzVision.az


Teqlər:





Xəbər lenti