ABŞ mediası: Ukraynadakı müharibə Çinə sərf edir

      ABŞ mediası:    Ukraynadakı müharibə Çinə sərf edir
  21 Dekabr 2023    Oxunub:979
Ukraynadakı müharibə Çinin xeyrinədir. Anti-Rusiya sanksiyaları nəticəsində bu il Çinin Rusiya ilə ticarəti onların planlaşdırıdğı vaxtdan da tez 200 milyard dolları ötüb.

AzVision.az “The New York Times” nəşrinin müəlliflərinə istinadən xəbər verir ki, ən böyük faydanı Çin avtomobil istehsalçıları alıb. Rusiyaya satışlar Çinin bu il dünyanın ən böyük avtomobil ixracatçısı kimi Yaponiyanı ötməsinə kömək edib. Çin avtomobil istehsalçıları Rusiya bazarının 55%-ni ələ keçiriblər. Halbuki, müharibədən əvvəlki 2021-ci ildə onların bu sahədə payı cəmi 8% idi.

Rusiya isə, öz növbəsində, Çinə təkcə neft və qaz deyil, həm də Çin supermarketlərində bol-bol görünməyə başlayan məhsulları - şokolad, kolbasa və digər istehlak mallarını satırdı.

“Ucuz Rusiya enerjisi, Qərbin sanksiyalarından yan keçərək Çin fabriklərinə qlobal bazarlarda rəqabət aparmağa kömək etdi, digər ölkələrdə, xüsusən də Almaniyada rəqib istehsalçılar kəskin şəkildə daha yüksək elektrik enerjisi xərcləri ilə üzləşirlər” , - nəşr qeyd edib.

Məqalədə, həmçinin Rusiyanın Ukraynadakı hərəkətlərinin Çindən media dəstəyi da aldığı, dövlət mediasının Çində və bütün dünyada daim Rusiyanın təbliğatını apardığı vurğulanır.
AzVision.az


Teqlər: Çin   Ukrayna  





Xəbər lenti