Liviya rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

   Liviya rəhbəri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
  26 Mart 2025    Oxunub:1115
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!”

AzVision.az


Teqlər: Liviya   Azərbaycan   təbrik  





Xəbər lenti